AZ

“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirilib

“Azərbaycan
26–28 aprel tarixlərində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində hakaton formatında tələbə müsabiqəsi təşkil edilib. 1news.az xəbər verir ki, layihə “Bir könüllü” Tələbə Təşkilatı və Gənclər Fondunun təşkilatçılığı, “bp Azərbaycan”, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Təhsilin İnkişafı Fondu, SABAH.HUB-ın tərəfdaşlığı, “Tetroid” şirkətinin media dəstəyi ilə həyata keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərinin azaldılması istiqamətində tələbələrin innovativ layihə ideyalarını dəyərləndirmək olub. Müsabiqənin açılış mərasimində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov tələbələr üçün təşkil olunan belə layihələrin əhəmiyyətindən danışıblar. Ardınca Təhsilin İnkişafı Fondunun rəhbəri Elnur Nəsibov, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev çıxış ediblər və gənclərə tələbəlik illərində təhsil üzrə müxtəlif faydalı imkanları dəyərləndirməyə dair tövsiyələr veriblər. Tələbə müsabiqəsinin ilk günündə akademik İşıl Keskin Şahan, “Flower Turbines” şirkətinin baş icraçı direktoru Daniel Farb və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan ofisində milli proqram koordinatoru vəzifəsində çalışan Elməddin Namazovun təqdimatında interaktiv təlim proqramları həyata keçirilib. Günün ikinci yarısında su ehtiyatları üzrə idarəetmənin iqlim dəyişikliklərinə uyğunlaşdırılması, bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, yaşıl texnologiyaların tətbiqi, şəhər və yaşayış məntəqələrinin davamlılığı və ekoloji dayanıqlılığının təminatı olmaqla 4 əsas istiqamət üzrə həyata keçirilən hakatonun iştirakçıları ilkin ideyaların formalaşdırılmasına başlayıblar. Müsabiqə ərzində hər bir komanda mentor dəstəyi də alıb. Hakatonda müvafiq istiqamətlər üzrə təyin edilmiş 10 mentor tələbələrə konstruktiv rəylər verərək onlara ideyalarının təkmilləşdirilməsi istiqamətində dəstək olub. Hakatonun finalında isə tərkibi 10 nəfərdən ibarət 30 komanda 5 dəqiqə ərzində layihə təqdimatlarını həyata keçirib. Münsiflər heyətinin qərarı ilə “Genesis” komandası I, “Cookers 404” komandası II, “Hexagon Bhos” komandası III yerə layiq görülüblər. Qaliblər müvafiq olaraq 2000, 1500, 1000 manat məbləğində mükafat və “bp Azərbaycan” tərəfindən təqdim olunan hədiyyə ilə mükafatlandırılıblar. Tələbə müsabiqəsinin qalib komandası eyni zamanda layihənin tərəfdaşı olan SABAH.HUB Mərkəzində inkubasiya proqramına cəlb ediləcək.

Qeyd edək ki, müsabiqədə 3 komanda region gənclərindən, 27 komanda isə paytaxt gənclərindən ibarət olub.

Seçilən
43
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16745
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16334
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15769
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13856
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12769
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9866
"Zaur, yenə çaşdın..." - VİDEO
8007
Çingiz Mustafayevin toyudur - FOTOLAR
6884
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6395
Minimum əmək haqqı nə qədər arta bilər?
6163
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5449
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5344
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4622
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4354
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4296
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3324
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3324
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3080
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
3047