AZ

İntihar edən azərbaycanlı tanınmışlar - Sirli və müəmmalı ÖLÜMLƏR

İntihar ölümlərin arasında ən çox diqqət çəkən hadisə olmaqla yanaşı, özündə sirr və müəmmalar da daşıyır.

Dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da tez-tez öz ölümünə hökm vermə hallarına şahidlik edirik. Özünəqəsd yolunu seçən insanlar arasında hər təbəqədən, hər yaşdan olanlara rast gəlirik: alim, həkim, polis, tələbə, fəhlə, işsiz, xəstə, şagirid və s.

Azərbaycanda son bir həftədə iki tanınmış şəxsin intihar etməsi bu mövzunu yenidən gündəmin əsas müzakirə mövzusuna çevirib. Söhbət ölkənin sabiq başpediatrı, Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının məsləhətçi professoru, tibb elmləri doktoru Nəsib Quliyev və Ali Məhkəmənin Kommersiya Kollegiyasının 62 yaşlı hakimi İlqar Dadaşovun intiharından gedir.

Bu, Azərbaycanda tanınmış şəxslərin özünəqəsdə əl atması ilə bağlı ilk hadisələr deyil. Tanınmışların intiharı bəzən illərlə müzakirə olunub, bu hadisələrin səbəbləri barədə müxtəlif şayiələr yayılıb.

Məsələn, Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri və vitse-prezidenti, görkəmli filosof alim Heydər Hüseynov 1950-ci il avqustun 15-də 42 yaşında özünü asmışdı.

"Bəxtiyar", "Qızmar günəş altında", "Leyli və Məcnun" kimi unudulmaz filmləriin rejissoru, məşhur müğənni Şövkət Ələkbərovanın həyat yoldaşı Lətif Səfərov isə 1963-cü ildə özünü ov tüfəngi ilə vurmuşdu.

Hər iki hadisə uzun illər keçməsinə baxmayaraq, hələ də müzakirələrə səbəb olur.

Qeyd etdiyimiz kimi, bəzən intihar edənlər özlərilə xeyli sirrin üstünü örtmüş olurlar.

Müxtəlif səbəblərdən intihar etmiş tanınmışların adları günümüzdə də tez-tez xatırlanmaqdadır.

Modern.az saytı son 10 ildə baş vermiş belə hadisələrin bəzilərini yadınıza salır:


2015-ci il dekabrın 20-də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev 1 saylı Bakı İstintaq Təcridxanasında özünü asdı və özü ilə o dünyaya xeyli sirr apardı.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən polkovnik İlqar Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlamaqla intihar etmişdi.

2017-ci il martın 16-da gənc yazar, 1989-cu il təvəllüdlü Mövlud Abdullayev (Mövlud Mövlud) kirayə yaşadığı mənzilin yaxınlığındakı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar etmişdi. 7 il keçsə də, hələ də beyinlərdə bir sual dolaşır: Mövlüd niyə intihar etdi?  

3 dekabr 2017-ci il. Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib. Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində baş verib. 
Müəssisədə müalicə alan Hacı Məmmədov özünü asaraq həyatına son qoyub. 
Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs edilmişdi. 
H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülmüş, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılmışdı.

2020-ci ilin 20 noyabrında Əməkdar artist, görkəmli sənətkar Səməndər Rzayevin oğlu Rəşid Səməndər özünü binadan ataraq intihar edib.
O, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru idi.

27 iyun 2022-ci ildə Bakının Yasamal rayonunda baş verən intihar da çoxlarını təəccübləndirmişdi. Azərbaycanda tanınmış ginekoloqu Xalidə Kəngərli özünü yaşadığı çoxmərtəbəli binanın 11-ci mərtəbəsindən atmış və aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişmişdi.

Dünyada hər il təxminən 800 000 insan intihar səbəbindən həyatını itirir. Azərbaycanda bu rəqəmin ildə 500 nəfərə yaxın olduğu bildirilir.

İntiharların səbəblərin psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, genetik problemlərin olması kimi hallar aid edilir. Depressiya, sağalmaz xəstəliklər, spirtli içki və narkotik aludəçiliyi, stress pozuntusu, şizofreniya kimi hallar da intihara meyillilik yaradır.

Bütün hallarda intihar sirli və müəmmalı ölümlər sırasına daxil edilməklə yanaşı, günümüzün aktual problemi hesab olunur.


A.Qorxmaz

Seçilən
8
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18542
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17804
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17058
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
16653
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15549
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14734
Çingiz Mustafayevin toyudur - FOTOLAR
14050
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
13778
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11092
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10952
"Zaur, yenə çaşdın..." - VİDEO
8556
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7580
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6863
Minimum əmək haqqı nə qədər arta bilər?
6798
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6422
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
5935
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5561
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5421
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
5043