AZ

Almaniyada inflyasiyanın 2.3%-ə qədər artacağı proqnozlaşdırılır

Fins.az xəbər verir ki, analitiklərin fikrincə, aprel ayında Almaniyada illik inflyasiya, ilkin hesablamalara görə, ötən ay ilə müqayisədə 2.2%-dən 2.3%-ə qədər artıb.

Ölkənin Federal Statistika Bürosu (Destatis) müvafiq məlumatı bazar ertəsi, aprelin 29-da, Bakı vaxtı ilə saat 16:00-da dərc edəcək. Qeyd etmək lazımdır ki, mart ayında Almaniyada illik inflyasiya 2021-ci ilin aprel ayından bugünə ən aşağı səviyyəyə çatıb. Yekun məlumatlara görə, ötən ay Almaniyada istehlak qiymətləri 0.4% artıb.  

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla