AZ

Qaraçay-Çərkəzdə polisə hücum - 2 ölü, 4 yaralı - VİDEO

Aprelin 28-də axşam saat 23:00-dan sonra Qaraçay rayonunun Mara Ayağı kəndində xidmətdə olan yol polisi dəstəsinə silahlı basqın edilib. 

Ölkə.Az xəbər verir ki, Qaraçay-Çərkəz üzrə Daxili İşlər Nazirliyinin teleqramında verdiyi məlumata görə, "VAZ-2109" markalı avtomobil hüquq-mühafizə orqanlarının əməkdaşlarına yaxınlaşıb və oradan partlayıcı qurğu atıblar. Həmçinin avtomat silahlardan polisə atəş açıblar. Nəticədə 2 polis ölüb, 4-ü isə yaralanıb. 

Polis hücum edənlərə cavab atəşi açıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib. 

Məlumatda o da qeyd olunur ki, hücum edən beş nəfər cavab atəşi ilə öldürülüb. Onların bir həftə əvvəl Karaçayevskdə polisə hücum edən şəxslər olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb. 

Mürtəza
Ölkə.Az

Seçilən
130
50
Mənbələr
Şərh ()
Bağla