AZ

Bayden Trampı məhv (siyasi səhnədə) edir

Baydenin son çıxışından ən maraqlı sitatları gətirməkdən öncə Trampın məhkəməsində baş verənlər barədə məlumatlı olmalısınız.

Məhkəmə davam edir, fiziki və mənəvi olaraq Tramp artıq dözmür, mətbuata şikayətlənir ki, məhkəmə zalında çox soyuqdur. Hər həftənin 4 günü, gündə 8 saat soyuq zalda, telefonsuz, sevimli kolasız(qabağına ancaq su qoyulur), hərəkətsiz oturmaq məcburiyyətindədir, zalda tez-tez yuxuya gedir. Ən azı 6 həftə belə davam edəcək.

Bayden dünən Ağ Evdə hər il keçirilən müxbirlərin şam yeməyində həm yumor, həm siyasi hücum taktikası baxımından çox ciddi çıxış edib. Ən vacib sitatları gətirək.

- Səmimi qarşıladığınız üçün sizə təşəkkür etmək istəyirəm, amma xahiş edirəm ki, səs-küy salmayasınız. Bizi Donald dinləyir. Yuxulu Don.

- Əlbəttə ki, seçki kampaniyası davam edir. Və bəli, yaş-problemdir. Bizim aramızda ortaq olan ancaq yaşdır. Amma məni heç olmasa vitse-prezidentim dəstəkləyir(Pens Trampı dəstəkləməkdən imtina edib, Bayden buna işarə edir).

- Son günlər ərzində Tramp fırtınalı havaya(stormy weather) düşüb.

Trampın Stormi(!) Deniels adlı porno ulduza qeyri-qanuni ödənişləri məhkəmə predmetidir. Bayden "fırtınalı"(Stormy) deyərək, Trampı lağa salır.

Və nəhayət. Bayden Trampın debata çağırışını qəbul edib.

Kamran Jəfərov

visiontv.az



Seçilən
45
Mənbələr
Şərh ()
Bağla