AZ

“Baku Sportinq”  Buzovnada nə qədər azarkeş qəbul edəcək?  

Futbol üzrə ölkə çempionatının yekunlaşmasına bir neçə tur qalıb.

Həm birinci, həm də ikinci liqa liderləri növbəti mövsüm üçün stadion hazırlığını davam etdirir. 2-ci divizionun lideri “Bakı Sportinq” də yenilənmiş Buzovna stadionunda son tamamlama işləri görür. Sonuncu dəfə 1998-ci ildə “Gənclik” stadionunda yerli “Xəzri” oynayıb. İdman qurğusunda  26 ildən sonra - bu ilin fevralından oyunları keçirilir. Paytaxt təmsilçisi 1-ci liqaya yüksəlsə, ev oyunların həmin stadionda keçirəcək. Bunun üçün genişləndirilmə işləri aparılır. Bəs stadionun tamaşaçı tutumu nə qədər olacaq? Klubun mətbuat xidmətindən verilən məlumata görə, stadionda hazırlıq işləri davam edir:

“İdman qurğusunun tutumu 1000 yerlikdi. Lakin gələcəkdə tribunaların artırılması planlaşdırılır. 2500-ə çatdırılması nəzərdə tutulur. Nəticə yaxşı olarsa, komanda irəliləyəcəksə, tutum bir qədər də artırılacaq. Yəni ilkin mərhələ 1000, ikincidə 2500,  daha sonra 6000 nəfərlik tribuna nəzərdə tutulur”.

RÖYANƏ OĞUZ
Seçilən
48
Mənbələr
Şərh ()
Bağla