AZ

Ukrayna ilə bütün keçid məntəqələri blokdan çıxarılıb

Ukrayna

Bu gün polşalı etirazçılar Ukrayna ilə sərhəddəki bütün keçid məntəqələrinin blokunu açıblar.

Reyting.az
xəbər verir ki, Ukrayna tərəfi polşalı etirazçıların bu addımını dəstəkləyib.

“Biz polşalı tərəfdarlarımıza sərhədin açılması istiqamətində apardığı konstruktiv işlərə, eləcə də hər iki ölkənin sənaye assosiasiyalarına minnətdarlığımızı bildiririk. Davam edən danışıqlar asan olmayıb, amma əsas odur ki, nəticə əldə edilib”, - Ukraynanın kənd təsərrüfatı naziri Nikolay Solski bildirib.

Dövlət Sərhəd Xidmətinin Qərb Regional İdarəsi isə qeyd edib ki, bu gün Kiyev vaxtı ilə saat 10:00-dan sonra polşalı fermerlər Qrebnoye-Rava-Russkaya keçid məntəqəsinin qarşısında yük maşınlarının hərəkətinə mane olmağı dayandırıblar. Sərhəddən iki istiqamətdə yük avtomobillərinin qeydiyyatı və keçirilməsi adi qaydada davam edir.

“Eyni zamanda, taxıl məhsulları daşıyan yük maşınlarının Polşaya buraxılmasına icazə verilməyəcək”, - deyə Dövlət Sərhəd Xidmətindən bildiriblər.

Qeyd edək ki, polşalı fermerlər təxminən üç aya yaxındır sərhədin qapalı qalmasına çalışırdılar.

ELÇİN
Seçilən
32
Mənbələr
Şərh ()
Bağla