AZ

Bu marketlər şəbəkəsinin direktoru ildə 27 milyon dollar qazanır - FOTO

ABŞ-nin və dünyanın ən böyük marketlər şəbəkəsi olan “Walmart”ın baş direktorunun maaş və mükafatlarının məbləği açıqlanıb. 


Sfera.az xəbər verir ki, baş direktor Duq Makmillion il ərzində “Walmart”dan 26,9 milyon dollar ödəniş alıb. Baş direktorun aldığı ödənişlərin məbləği il ərzində 1,6 milyon dollar artıb. 


“Walmart”da illik orta əməkhaqqı 27 817 dollar olub. Hesablamala görə, Makmillion bir işçidən 967 dəfə çox qazanıb. 


Bununla bağlı məlumatlar “Walmart” tərəfindən ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərdə əksini tapıb. 


Sənədlərə əsasən, baş direktora illik ödənilən vəsaitin 1,5 milyon dolları əməkhaqqı, 19,6 milyon dolları səhm mükafatları və 5,8 milyon dolları digər kompensasiyalardan ibarət olub. 


Vasif

 


 

Seçilən
32
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq