AZ

Qazaxıstandan Bayramov-Mirzoyan görüşü barədə AÇIQLAMA

Qazaxıstan Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan rəsmiləri arasında Almatıda keçiriləcək görüşün təfərrüatlarını açıqlayıb.
 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aibek Smadiyarov danışıb.

 

O bildirib ki, Almatıda keçiriləcək danışıqlar yalnız Azərbaycan və Ermənistan arasında aparılacaq, Astananın vasitəçiliyindən söhbət getmir.

 

Diplomat vurğulayıb ki, Qazaxıstan xoşməramlı xidmətlər təqdim edir, sözdə yaxşı ofis, yəni danışıqlar üçün platforma təmin edəcək: "Əgər bu iki ölkə sülhə gəlsə və bu, bizim tərəfimizdən imzalansa, bunun bütün region üçün böyük müsbət təsiri olacaq".

 

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib ki, Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib. Dövlət başçısı qeyd edib ki, əgər Ermənistan da buna razılaşsa, XİN rəhbərlərinin növbəti görüşü Qazaxıstanda keçiriləcək.

 

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan bildirib ki, İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzərdən keçirir. Onun sözlərinə görə, görüşün tarixi razılaşdırılır.  

 

Qeyd edək ki, Ceyhun Bayramov və Ararat Mirzoyan sonuncu dəfə fevralın 28-29-da Berlində görüşüb.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14383
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
13897
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
13777
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
11972
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
9912
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8356
"Zaur, yenə çaşdın..." - VİDEO
7457
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5572
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
3831
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3797
Elçin boşandığını etiraf etdi - FOTOLAR
3555
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
3541
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3505
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3380
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
2998
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
2991
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2775
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2706
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2574