AZ

Gəncənin icra başçısı Meksika səfiri ilə görüşdü - FOTOLAR

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero ilə görüş keçirib.

"Unikal" xəbər verir ki, Niyazi Bayramov rəsmi qonağa Gəncənin tarixindən söz açıb, mədəni, sənaye və iqtisadi potensialından danışıb. O, bildirib ki, Gəncə 2016-ci ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB ölkələrinin Mədəniyyət Paytaxtı, 2019-cu ildə Avropanın İdman Şəhəri  tituluna sahib olub.  2020-ci ildə Gəncə şəhəri Avropa Yenidənqurma və İnkişaf Bankının Yaşıl Şəhərlər Proqramına qoşulub. 2025-ci ildə isə Gəncə MDB-nin idman paytaxtı seçilib. Bütün bunlar da öz növbəsində şəhərin Avropada tanıdılması və təbliğinə müsbət təsir göstərib.

Şəhər rəhbəri Gəncədə 3 universitet və 3 kollecin, həmçinin bir sıra iri sənaye müəssisələrinin olduğunu da səfirin diqqətinə çatdırıb. O, burada “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin, “AzərAlüminium” ASC, “Gəncə Şərab - 2” və digər iri sənaye müəssisələrinin fəaliyyət göstərdiyini də vurğulayıb.

Bununla yanaşı görüşdə o da qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri şəhərin iqtisadi və turizm potensialının genişlənməsinə təkan verir, çünki sözügedən ərazilərə ən yaxın sənaye və logistika mərkəzi məhz Gəncə şəhəridir. Həmçinin, Gəncə şəhərində mədəniyyət ocaqlarının da geniş fəaliyyət göstərildiyi qonağın diqqətinə çatdırılıb.

Xanım Mariya Viktoriya Romero Kabalyero səmimi görüş üçün Niyazi Bayramova təşəkkür edib. Xanım səfir bildirib ki, səfər çərçivəsində “AzərAlüminium” ASC-yə, Gəncə Dövlət Dram Teatrına və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasına ziyarət edəcək. “Urban” Mərkəzində isə “Gəncə Meksikanı kəşf edir!” adlı foto və rəsm sərgisinin təşkil olunacağını diqqətə çatdırıb.

Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.

Sonda hədiyyə təqdim olunub.

Seçilən
4
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19255
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18994
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18045
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17350
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15849
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15756
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15474
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15073
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11578
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11131
"Zaur, yenə çaşdın..." - VİDEO
8742
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7821
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7264
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7205
Minimum əmək haqqı nə qədər arta bilər?
6955
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
6811
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6740
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5949
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5643