AZ

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Azərbaycan ilkin mərhələdə Ermənistanda 300 min azərbaycanlını (tarixi yurdlarından zorla qovulmuş – red.) məskunlaşdırmağı planlaşdırır.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan çıxış edib.

A.Tatoyan bildirib ki, Ermənistanın yeni təhlükəsizlik strategiyasına ehtiyac var:

“Rəsmi Bakının bəyanatlarına görə, birinci mərhələdə Ermənistanda 300 min azərbaycanlının məskunlaşması planlaşdırılır. Həmin azərbaycanlıların beynəlxalq missiyanın himayəsi altında və təhlükəsizlik təminatı şəraitində məskunlaşdırılmaları nəzərdə tutulur. Hazırkı vəziyyət təcili olaraq yeni təhlükəsizlik strategiyasının qəbulunu tələb edir”.

Seçilən
4
2
Mənbələr
Şərh ()
Bağla