AZ

Şotlandiyanın Birinci naziri Humza Yusaf istefa verib

Şotlandiyanın Birinci Naziri Humza Yusaf istefa verib.

APA "Telegraph"a istinadən xəbər verir ki, bu barədə Birinci Nazir özü elan edib.

Humza Yusaf SNP-nin "Yaşıllar" partiyası ilə koalisiya müqaviləsini ləğv etmək qərarı verdikdən sonra parlamentdə azlıqda qalaraq Şotlandiyanın Birinci Naziri vəzifəsindən istefa verib.

Yusaf SNP lideri olaraq varisi seçilənə qədər bu vəzifəni davam etdirəcəyini söyləyib.

"Bu həftə keçiriləcək etimadsızlıq səsverməsindən keçmək tamamilə mümkün olsa da, mən öz dəyərlərimi və prinsiplərimi alqı-satqı etməyə və ya sadəcə olaraq hakimiyyəti saxlamaq üçün hər kəslə sövdələşməyə hazır deyiləm. Partiyam, hökumət və rəhbərlik etdiyim ölkə üçün nəyin ən yaxşısı olduğunu düşünərək belə qənaətə gəldim ki, siyasi uçurumlarla üzləşən münasibətlərimizi düzəltmək yalnız başqasının liderliyi ilə həll oluna bilər. Buna görə də mən SNP-nin milli katibinə partiya lideri kimi istefa vermək niyyətim barədə məlumat verdim", - o bildirib.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq