AZ

"Şamili görən kimi hiss etdim kİ, bu obraz məhz onundur" - Sirac Mustafayev

Bu günlərdə sosial şəbəkələrdən birində “gəzişərkən” qarşıma bir film çıxdı: “Mirzə Ələkbər Sabir. Arizi-qəmlər əlindən”. Uşaq şeirləri ilə böyüdüyümüz, satirası ilə tarixi keçmişin ayıblarına güldüyümüz görkəmli şairin həyat və irsinə maraq məni bu bədii-sənədli filmə baxmağa sövq etdi. Baxdım və məyus olmadım, çünki yaradıcı heyət – Azərbaycan Televiziyasının “Sabah” Yaradıcılıq Studiyası, həqiqətən, Sabirin xatirəsinə layiq bir iş ortaya qoyub. Filmin quruluşçu rejissoru Sirac Mustafayevlə əlaqə yaradıb ondan kiçk bir müsahibə aldıq.

- Mirzə Ələkbər Sabir mövzusuna müraciət etməyinizin səbəbi haqqında bilmək istərdik.

- Sualınıza cavabı bir az uzaqdan başlayacağam. Bizim AzTV-nin nəzdində “Sabah” Yaradıcılıq  Studiyası fəaliyyət göstərir. Mən də həmin studiyanın rejissoruyam. 1993 cü ildə yaradılmış bu studiyanın istehsalı olan film və tamaşalar illərdir ki, tamaşaçılarımızın sevə-sevə baxdığı ekran işləridir. İki ildir ki, bizim studiya “Yad et məni” adlı silsilə filmlər istehsalı ilə məşguldur. Bu ekran işləri öz adını Azərbaycan  tarixinə qızıl hərflərlə yazmış dahilərimizin həyat və yaradıcılıqlarndan bəhs edən qısa metrajlı bədii-sənədli filmlərdir. İndiyə qədər 18 film istehsal olunaraq tamaçaçılarımıza təqdim edilib. Sizin maraqlandığınız Sabir haqqında film də onlardan biridir.

- Filmdə Şamaxının dağlarında, Yeddigünbəz türbələrində çəkilmiş səhnələr var. Filmin çəkiliş məkanları haqqında bilmək istərdik.

- Filmin bədii hissələri Sabirin vətəni Şamaxının müxtəlif məkanlarında və şairin ev muzeyində çəkildi...

- Sabir obrazını yaradan aktyorun öz qəhrəmanına bənzərliyi heyranedicidir. Yəqin ki, aktyor seçimində gərgin axtarışlarınız olub.

- Ümumiyyətlə bu silsilə filmlərin qəhrəmanları nə vaxsa yaşamış real şəxsiyyətlər olduğundan,onların obrazlarını ifa edən aktyorların da qəhrəmanlarına bənzərliyi əsas şərtlərdən biridir. Düzdür, bu işdə qrim və geyim rəssamlarının da əziyyəti böyük olsa da, yenə də aktyorun fakturası əsas şərtdir. Sabir obrazını canlandıran aktyorun-Şamil İbrahimovun dogrudan da yaratdğı qəhərəmana bənzərliyi çox idi. Filmə hazırlıq vaxtı kastinqə dəvət edilmiş Şamili görən kimi hiss etdim kİ, bu obraz məhz onundur. Şamil də öz obrazını çox təbii, daxilən yaşayaraq təqdim edə bildi.O biri aktyorlarımızın da adını çəkməyə bilmərəm. Çünki öz potesiallarını çox mükəmməl şəkildə ortaya qoya bildilər. Mahmud Mahmudbəyov obrazını canlandıran Mübariz Nağıyev, Abbas Səhhət - Ramil Zeynalov, Cabbar - Hidayət Əliyev, Səriyyə - Röya Mehralızadə... Filmdə gənc muğam ifaçısı Vəliş Mirzəyev də özünü həm xanəndə, həm də aktyor kimi sınadı və çox da uğurlu alındı.

- Belə filmlərin istehsalının, onların xalqımıza təqdim edilməsinin yəqin ki, bir ali məqsədi var..

- Əlbəttə. Bizim məqsədimiz Azərbaycanımızın tarixi təşəkkülündə müxtəlif sahələrdə əvəzzsiz xidmətləri olmuş dahilərimizi bədii vizual təsvir vasitələri ilə yenidən xalqımıza tanıtmaq,onları unudulmağa qoymamaqdır. İndiyə kimi N.Nərimanov, Abdulla Şaiq, Cəfər Cabbarlı, Məhsəti Gəncəvi, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşinli və digər şəxsiyyətlərimiz haqqında çəkdiyimiz bədii-sənədli filmlər tamaşaçılarımiza təqdim edilib.

AYTAC

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28065
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27012
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
19631
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18184
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14726
Sabah 20 dərəcə isti olacaq
10065
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9969
May ayında Azərbaycana qar yağdı - VİDEO
8991
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8791
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8582
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
8134
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7477
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7199
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7118
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6756
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6634
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6579
Azərbaycan nefti ucuzlaşıb
6224
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6216