AZ

“Barselona”nın məqsədi La Liqanı ikinci yerdə bitirməkdir”

“Barselona”nın baş məşqçisi Xavi komandasının bu mövsümün qalan hissəsi üçün hədəflərindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxxəsis “Barselona”nın məqsədinin La Liqanı 2-ci yerdə bitirmək olduğunu bildirib:

“Barselona”nın məqsədi La Liqanı ikinci yerdə bitirməkdir. Superkuboka yüksəlmək istəyirik və bunun üçün bugünkü matçda qalib gəlmək lazımdır. Bu, minimum məqsəddir”.

“Barselona” İspaniya çempionatının turnir cədvəlində 70 xalla üçüncüdür. Kataloniya komandası 2-ci pillədə qərarlaşan “Jirona”dan 1 xal geri qalır.

“Barsa” bu gün La Liqa çərçivəsində “Valensiya” ilə qarşılaşacaq.

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla