AZ

Neft hasil edən ölkə COP-a sədrlik edir

Son zamanlar Bakıda dünyanın maraq dairəsində olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı mütəmadi tədbirlər, görüşlər keçirilir. İştirakçı dövlətlərin nümayəndələri Azərbaycana gəlir, təkliflərini verir, təşəbbüs irəli sürür, hazırlıqlarla tanış olurlar. Demək olar ki, Bakı bu aylarda öz qapılarını daha geniş açaraq, xarici qonaqların işgüzar səfərləri çərçivəsində keçirilən görüşlərə meydan verir.

Qlobal tədbirlərin keçirilməsində Azərbaycanın özünəməxsus təcrübəsi var. Asiya ilə Avropanı birləşdirən nəqliyyat marşrutlarının Azərbaycandan keçməsi və qonşu ölkələrin bu prosesə cəlb olunması iqtisadi baxımdan Azərbaycana dividendlər gətirir.

Ölkəmizin son zamanlarda bir çox beynəlxalq nüfuzlu tədbirlərə ev sahibliyi etməsi bizə qarşı qarayaxma kampaniyası aparanların xoşuna gəlmir, yeri gəldi-gəlmədi irad tuturlar. Bu kampaniyanı aparanlar isə Azərbaycandan iqtisadi gözləntilərini əldə edə bilməyən dövlətlərdir. Ölkəmizi dünyada neqativ tərəfdən tanıtmağa çalışırlar. Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumda bu məsələyə toxunaraq belə dedi: "COP29-un sədri olaraq bizim üzərimizdə olan məsuliyyət səviyyəsi, əlbəttə ki, artmaqdadır. Çünki birincisi, biz sədrliyimizə çox ciddi yanaşırıq, ikincisi, biz diqqət mərkəzindəyik. Sədrlik veriləndən dərhal sonra müxtəlif QHT-lər və media tərəfindən bizə qarşı hücumlar olmuşdur ki, yenə də neft hasil edən ölkə COP-a sədrlik edir. 

Qlobal tədbirlərin keçirilməsində Azərbaycanın özünəməxsus təcrübəsi var. Asiya ilə Avropanı birləşdirən nəqliyyat marşrutlarının Azərbaycandan keçməsi və qonşu ölkələrin bu prosesə cəlb olunması iqtisadi baxımdan Azərbaycana dividendlər gətirir. Azərbaycanda siyasət, iqtisadiyyat, multikulturalizm, sivilizasiyalararası dialoq istiqamətində keçirilən hər bir forumun özünün konkret vəzifələri var. Adıçəkilən forumda da COP29-u əhatə edən məsələlərlə yanaşı, Azərbaycanın Avrasiyaya inteqrasiyası, Azərbaycan-Ermənistan sülh danışıqlarının hansı mərhələdə olması, enerji layihələri, ekoloji idarəetmə, Orta dəhlizin inkişafı fonunda Çin-Azərbaycan arasında əməkdaşlıq perspektivləri, Zəngəzur dəhlizi, Rusiyanın sülhməramlı missiyasının çıxması və gələcəkdə Qarabağla bağlı Azərbaycan-Rusiya münasibətləri, həmçinin Rusiyanın Qafqazda gələcək rolu, Avropa İttifaqı ilə bağlı münasibətlərin necə olacağı kimi məsələlər müzakirə olundu.

Cavidan Osmanov,

YAP Ağsu Elektik şəbəkə ƏPT sədri

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla