AZ

ABŞ Azərbaycanla Avropa İttifaqı arasındakı enerji və nəqliyyat əməkdaşlığını dəstəkləyir – Millət vəkili

ABŞ üçün onun əsas müttəfiqlərindən olan Avropanın enerji təhlükəsizliyinin formalaşması və gücləndirilməsi prioritetdir. Ona görə ABŞ təbii ki, Azərbaycanla Avropa İttifaqı arasındakı enerji və nəqliyyat əməkdaşlığını dəstəkləyir.

Bu fikirləri Herbiand.az-a millət vəkili Vüqar Bayramov bildirib. O qeyd edib ki, cənab Prezidentlə ABŞ dövlət katibi Entoni Blinkenin telefon danışığında da müzakirələrin bir qismi məhz bu istiqamətdə olub:

“Və nəzərə alsaq ki, bu münasibətlər inkişaf edir və praktiki olaraq biz enerji sahəsində daha geniş əməkdaşlığın həyata keçirilməsini müşahidə edirik.  Avropa ilə Azərbaycan arasında artıq yaşıl enerji sahəsində əməkdaşlıqla bağlı işlər gedir. Və Avropa bazarında yalnız Azərbaycanın ənənəvi enerji məhsulları deyil, eyni zamanda yaşıl enerjisi ixrac olunacaq”.

Millət vəkili nəqliyyat sahəsində əməkdaşlığın vacibliyini vurğuladı. Qeyd etdi ki, Şərq-Qərb Nəqliyyat Dəhlizinin genişləndirilməsi və Qərbdən Şərqə və ya Şərqdən Qərbə daha çox yüklərin daşınması ABŞ daxil olmaqla, Qərb ölkələri üçün prioritetdir:

“Ona görə təbii ki, bu istiqamətdə də əməkdaşlığın gücləndirilməsi Azərbaycan ABŞ münasibətlərində prioritet məsələlərdən hesab olunur”.

Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi ilə bağlı məsələyə də toxunan millət vəkili bildirdi ki, bu baxıımdan ətraf mühitin qorunması və iqlim sahəsində əməkdaşlıq da Azərbaycan-ABŞ münasibətlərində vacib elementlərdəndir:

“ Azərbaycan 2030-cu ilədək ümumi enerji istehsalında alternativ mənbələrdən əldə edilən enerjinin payını 30 faizə qədər yüksəltmək niyyətindədir. Eyni zamanda ümumi sferanın həcmini 35 faiz azaltmaqla hədəfləyir. Ona görə də iqlim, ətraf mühitin qorunması sahəsində Azərbaycanın kifayət qədər ciddi hədəfləri var. Və bu hədəflər təbii ki, həm də ABŞ daxil olmaqla, Qərb ölkələri tərəfindən də dəstəklənir”.

Elnurə İSAXAN

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla