AZ

COP29-da bütün dünya ölkələrinin iştirakı gözləniləndir – Samir Həsənov

Dünya əhəmiyyətli mötəbər tədbir olacaq COP29-a ev sahibliyi edəcək Azərbaycan bütün dünyanın diqqətindədir.

Bu fikirləri Herbiand.az-a “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması koalisiyasının koordinatoru Samir Həsənov bildirib. O qeyd edib ki, COP28 çərçivəsində Dubayda planetimiz üçün əhəmiyyətli qərarlar qəbul olunub:

“Ölkəmiz 2030-cu ilə qədər bərpaolunan enerjini üç dəfə, enerji səmərəliliyini iki dəfə artırmalı, atmosferə atılan zərərli qazların miqdarını azaltmalıdır. 2030-cu ilə qədər Azərbaycanın enerji sektorunda külək, günəş və su elektrik enerjisinin payını 30 faiz artırması ətraf mühutin qorunmasına öz töhfəsini verəcəkdir”.

Samir Həsənov onu da əlavə edib ki, bu il noyabr ayında keçirilməsi nəzərdə tutulan BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da bütün dünya ölkələrinin iştirakı gözləniləndir.

 

Elnurə İSAXAN

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla