AZ

Aleksis Sançes "İnter"dən ayrılır

style='margin-bottom:10px;'>

"İnter"in hücumçu Aleksis Sançes cari mövsümün sonunda komandanı tərk edəcək .

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 35 yaşlı futbolçu azad agent kimi klubdan ayrılacaq. Onun "İnter"lə müqaviləsi bu ilin iyun ayının 30-dək nəzərdə tutulub. A seriyası təmsilçisi çilili oyunçu ilə sözləşməni yeniləmək istəməyib.

Qeyd edək ki, Sançes ötən ilin yayından Milan klubunda oynayırdı. O, 2019-2022-ci illərdə də "İnter"in formasını geyinib. Sançes komanda ilə 2 dəfə A seriyasının qalibi olub, İtaliya kubokunu və 2 dəfə ölkə Superkubokunun qazanıb.

Seçilən
10
1
Mənbələr
Şərh ()
Bağla