- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Polşa fermerləri Ukrayna ilə sərhəddəki bütün keçid məntəqələrinin blokunu açıblar.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Departament bildirib ki, polşalı fermerlər sərhəddəki “Rava-Ruska-Qrebenne” adlanan sonuncu bloklanmış keçid məntəqəsini tərk ediblər.
"Artıq hər iki istiqamətdə yükdaşımaları bərpa olunub. Eyni zamanda, Ukrayna taxılını Polşaya daşıyan yük maşınlarının keçidi məhdudlaşdırılacaq",- mətbuat xidməti əlavə edib.