AZ

Şotlandiyanın birinci naziri siyasi mübahisələr fonunda istefa verdiyini açıqlayıb

Şotlandiyanın birinci naziri və millətçi lider Həmzə Yusif Edinburqda keçirdiyi mətbuat konfransında istefa verdiyini açıqlayıb.

"İndependent" qəzetiyazır ki, siyasətçinin qərarı müxalifət partiyalarından etimadsızlıq səsi almaq təhlükəsi ilə bağlıdır.

“Həftə sonunu partiyam, hökumətim və rəhbərlik etdiyim ölkə üçün nəyin ən yaxşısı olduğunu düşünərək keçirdikdən sonra belə qənaətə gəldim ki, siyasi fikir ayrılıqlarına baxmayaraq, münasibətlərimizi bərpa etmək yalnız məsul şəxslə həyata keçirilə bilər”,-deyə Yusif qeyd edib.

Nəşr qeyd edir ki, nazir çıxışı zamanı göz yaşlarını saxlamaqda çətinlik çəkib.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla