AZ

Şimali Koreya ABŞ-ı Ukraynaya görə ittiham edir

Şimali

Şimali Koreya ABŞ-ı Ukraynaya uzaqmənzilli raketlər verdiyinə görə tənqid edib.

Reyting.az
-ın məlumatına görə, bu barədə beynəlxalq media Pxenyanda nəşr edilən rəsmi mətbuata istinadla bildirir.

KXDR Müdafiə Nazirliyinin nümayəndəsi deyib ki, Birləşmiş Ştatlar “son vaxtlar aparılan müharibənin gedişatını dəyişməyə cəhd edərək, öz köməkçilərinə Rusiya ərazisinə hücum etmək üçün hətta uzaqmənzilli raketləri də təklif etmək kimi iyrənc siyasət yürüdür”.

Eyni zamanda, Şimali Koreya Müdafiə Nazirliyi bəyan edib ki, ABŞ-nın təqdim etdiyi uzaqmənzilli raketlər heç vaxt tərəzini Ukraynanın xeyrinə çevirməyəcək.

Qeyd edək ki, “Nev York Times” qəzetinin yazdığına görə, ötən həftə ABŞ gizli şəkildə Ukraynaya 100 ədəddən çox uzaqmənzilli ATACMS raketləri göndərib.

ELÇİN
Seçilən
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq