AZ

Aviaşirkət 102 yaşlı sərnişinə bileti daim uşaq kimi bron edir

102 yaşlı sərnişin Patrisiya aviaşirkətin biletlə bağlı sifariş sistemindəki səhvə görə daim körpə ilə səhv salınır.

Herbiand.az bu barədə BBC-yə istinadən bildirir.

Problem ona görə yaranır ki, American Airlines aviakompaniyasının sistemləri Patrisiyanın 2022-ci ildə deyil, 1922-ci ildə anadan olduğunu ayırd edə bilmir.

BBC televiziya kanalı növbəti belə oxşar çaşqınlığın şahidi olub. Belə ki, hadisə Patrisiyanın qızı ilə birlikdə Çikaqodan Miçiqan ştatının Markett şəhərinə uçarkən baş verib. Təyyarədə kanalın müxbir də olub.

Qadın problemin aradan qaldırılmasını istəyib, çünki bu, keçmişdə ona bəzi problemlər yaradıb. Məsələn, bir dəfə hava limanının işçiləri onun üçün nəqliyyat hazırlamayıblar. Çünki təyyarədən uşağın gələcəyini gözləyirdilər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla