AZ

Türkiyə NATO seçkilərində onu dəstəkləyəcək

Hollandiyanın ANP xəbər agentliyi Türkiyənin NATO seçkilərində Hollandiyanın baş naziri Mark Ruttenin namizədliyini dəstəkləyəcəyini bildirib.

News24.az xəbər verir ki, Türkiyənin ABŞ, Böyük Britaniya, Fransa və Almaniya ilə birlikdə hazırkı prezident Yens Stoltenberqin əvəzinə Rutteni dəstəklədiyi bildirilib.

Ruters xəbər agentliyinin türk rəsmiyə istinadən verdiyi xəbərə görə, Ankara NATO müttəfiqlərinə Ruttenin növbəti baş katib seçilməsini dəstəkləyəcəyini bildirib. 

Xatırladaq ki, Rutte aprelin 26-da İstanbula gələrək prezident Rəcəb Tayyib Edoğanla görüşüb.

Hollandiyanın baş naziri Rutte bildirib ki, NATO-nun cənub qanadının Türkiyə və Türkiyə rəhbərliyinə ehtiyacı var.

Günel Məlikzadə

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla