AZ

Salah "Liverpul"dan AYRILIR? - Bu mövsüm...

"Liverpul" hücumçusu Məhəmməd Salahın yay transfer pəncərəsində klubdan ayrılacağını gözləmir.

 

Sfera.az bildirir ki, daha əvvəl Səudiyyə Ərəbistanı klublarının misirlini almaq istədiyi bildirilirdi.

 

Məhəmməd Salahın "Liverpul"la hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

 

Xatırladaq ki, o, 2017-ci ilin yayında "Liverpul"a keçib. Hücumçu "Qırmızılar"ın heyətində İngiltərə Premyer Liqasının, həm ölkə kubokunun, həm Çempionlar Liqasının, həm də FIFA Klublararası Dünya Kubokunun qalibi olub.

 

O, bu mövsüm klub heyətində bütün yarışlarda 49 oyun keçirib və 29 qol vurub.

 

Fatimə Lətif

Seçilən
88
17
Mənbələr
Şərh ()
Bağla

Reytinq