AZ

Şeron StounuMƏHKƏMƏYƏ VERDİLƏR

ABŞ sakini Amanda Godepski məhkəməyə müraciət edərək, məşhur aktrisa Şeron Stounun ştirakı ilə baş vermiş qəza nəticəsində aldığı ziyana görə ona kompensasiya verməyə məcbur edilməsini tələb edib

“İki sahil” xəbər verir ki, bu haqda “People” məlumat yayıb.

Qeyd edilir ki, Godepski Hollivud ulduzunu 2023-cü ildə Los-Ancelesdəki 101 Freeway-in cənuba gedən çıxışında qəzaya səbəb olmaqda günahlandırıb.

ABŞ sakininin sözlərinə görə, Stoun sürət həddini xeyli aşaraq maşınına çırpılıb. Qız iddia edir ki, nəticədə o, “əmək haqqının itirilməsi”, “əmlak ziyanı”, “qazanc qabiliyyətinin itirilməsi” və “ümumi ziyan”a məruz qalıb, bunların hamısını iddiaçı 35.000 ABŞ dolları dəyərində qiymətləndirib.

Bundan əvvəl Şeron Stoun tədbirlərin birində çıxış edərkən bildirmişdi ki, 2001-ci ildə insult keçirdikdən sonra Hollivudun onu 20 il ərzində tərk etdi. 2023-cü ilin martında Şeron Stoun etiraf etmişdi ki, Silikon Vadisində bankın müflis olması səbəbindən əmanətlərinin yarısını itirib.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla