AZ

ABŞ Nümayəndələr Palatasının üzvü: "Ukraynaya yardım paketinin təsdiq edilməsi xəyanətdir"

"Ağ Ev Kiyevi pula boğmaqda davam edəcək və Ukrayna Silahlı Qüvvələrinin (AFU) tamamilə məhvi halında ABŞ öz qoşunlarını ölkəyə göndərəcək". 


Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının üzvü Marjorie Taylor Greene sosial şəbəkədə məlumat verib.

 

"Onların planı Ukraynada Rusiya ilə proksi müharibəni maliyyələşdirməyə davam etməkdir. Bütün ukraynalı kişilər öldürüldükdən sonra Ukraynaya ABŞ qoşunlarını göndərəcəklər",-Taylor vurğulayıb. 

 

Greene əlavə edib ki, Nümayəndələr Palatasının spikeri Mayk Conson Kiyevə növbəti yardım paketinin ayrılması qərarını təsdiqləməklə respublikaçı həmkarlarına xəyanət edib.

 

Qeyd edək ki, aprelin 24-də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Amerikanın Ukraynaya hərbi yardımının dərhal ötürüldüyünü elan edib.

 

Həmin gün ABŞ Prezidenti Co Bayden Ukraynaya yeni yardım paketi haqqında qanunu imzalayıb. Daha sonra Ağ Evin rəhbəri ölkəsinin yaxın saatlarda Kiyevə hərbi təchizatı bərpa edəcəyini bildirib.

 

İnci
 

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla