AZ

Ekspert: “Azərbaycan ABŞ üçün çox önəmlidir”

Azərbaycan Avropanı enerji ilətəmin etməkdə mühüm rola sahibdir.

Bu sözləri Herbiand.az-a  iqtisadçı-ekpert Eldəniz Əmirov bildirib. O, həmçinin qeyd edib ki,  Amerika və  Azərbaycan arasında olan iqtisadi əməkdaşlıq,  bu istiqamətdə olan danışıqların qayəsində  birbaşa Azərbaycan-ABŞ  münasibətləri və  Azərbaycan  Avropa münasibətləri  faktoru dayanır:

 “Amerikanın Avropaya sərgilədiyi münasibət nəticə etibarı ilə Avropanın Rusiyadan bütün sahələrdə olan  enerjisi ilə aslılığın azaldılmasına  yönəlib. Bu istiqamətdə  Avropa ciddi çətinliklərlə üzləşir.  Belə bir məqamda Amerika rəsmi olaraq  Bakının  Avropa enerji təzcihatında oynadığı önəmili rolunu dəstəkləyir və  bunu cox yüksək qiymətləndirir.  Bayden iki il öncə Azərbaycana ünvanladığı məktubu xatırladaraq, elə o zamanda Azərbaycanı etibarlı tərəfdaş qismində tanıdığınlı vurğuladı. Hazırkı məqamda da Azərbaycanın Avropanın enerji təzcihatında önəmli rol oynaması  ABŞ üçün çox önəmlidir”.

Ekspert qeyd edib ki, burada  digər məsələ yaşıl enerji sektoruna yönəlik fəaliyyətdir ki, Azərbaycan bilavasitə bu sektorda çox böyük nailiyyətlər əldə etmişdir:

“Çünki Avropanın enerji  təzcizatında Azərbaycanın rolu artıqca Avropa Rusiya aslılığından çıxır. Əks təqdirdə isə  ABŞ-nin apardığı Avropa siyasətində müəyyən ölkələrə təzyiq göstərilir. Hansı ki o ölkələr Rusiya enerjisindən daha çox aslılıdırlar. İkili əməkdaşlığa gəldikdə 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan sonra  ABŞ enerji sektorunda  böyük həcmdə yatırımlar yatırdı. Eyni zamanda  ABŞ tərəfdaş olduğu ölkələrlə Azərbaycan ciddi tərəfdaşdır. Buyrada  digər məsələ yaşıl enerji sektoruna yönəlik fəaliyyətdir ki, Azərbaycan bilavasitə bu sektorda çox böyük nailiyyətlər əldə etmişdir. Çünki neft strategiyasından sonra qaz strategiyası, daha sonra alternativ enerji strategiyası özünü sözün həqiqi mənasında doğrultmaqdadır COP-29-un  Azərbaycanda keçirilməsi əbəs deyildir və bu istiqamətdə də dünyanın 190 artıq ölkəsindən rəsmi şəxslərin gəlməsi və burada qlobal iqlim dəyişikliyinə qarşı bir sənədin imzalanması planlaşdırılır”.

Ekspert qeyd etdi ki,  keçmiş SSRİ ölkələri arasında Azərbaycan  birinci ölkədir ki,COP-a evsahibliyi edir.

Emin ŞİRVANZADƏ

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla