AZ

Taksilərlə bağlı qərar təxirə düşdü?

Nazirlər Kabinetinin qərarı ilə taksi minik avtomobilinə dair tələblər müəyyənləşib.

Qərarla “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15.5.-ci maddəsinə uyğun olaraq, müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiq təsdiq edilib. Tələblər iyul ayının 1-dən qüvvvəyə minir.

Bildirək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib ki, Bakıda 60 min taksi var, çoxdur, 20 min bəs edir, sayı azaltmaq fikrindəyik.

Bəzi iqtisadçılar isə qeyd ediblər ki, taksi sayını azaltmaqla 40 min sürücü işsiz qalacaq. Müvafiq qərardan sonra, hətta bəzi taksi sürücüləri öz avtomobillərini satmaq qərarına gəlmişdi.

Son günlər sosial şəbəkələrdə belə bir məlumat yayılıb ki, guya taksi kimi fəaliyyət göstərən avtomobillərin satışı ilə bağlı bazarda dürğunluq müşahidə olunur.  Bildirilir ki, taksilərlə bağlı qərarın müvəqqəti də olsa, təxirə düşəcək.

Maraqlıdır, doğurdanmı bu sahədə dəyişiklik gözlənilir? 

Nəqliyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, hazırda taksilərin sayının azaldılması ilə bağlı hər hansı bir tələb, təklif və yaxud qərar yoxdur:


“Verilən qərar, təklif və qəbul edilən qanunlar yalnız taksi fəliyyətinin təkmilləşdirilməsi ilə bağlıdır. Bu gün tələblərə uyğun olmayan nəqliyyat vasitəsi ilə xidmət etməyən, yaxud özü taksi sürücüsü kimi qoyulan tələblərə cavab verməyən insanlar taksi sürə bilməyəcəksə, bu o demək deyil ki, məqsəd taksilərin sayını azaltmaqdır.

Sözsüz ki, bu kriteriyalar qanunun tələbləridir və bu sahədə xidmətin keyfiyyətinin artırılmasına yönəlib. Bu tələblərə cavab verə bilməyənlər bu sahədə qalmamalıdır. Çünki hər birimiz taksidən istifadə edərkən üzləşdiyimiz problemləri unutmamalıyıq. Nə qədər sosial şəbəkələrdə şikayətlər, nazarazılıqlar, təkliflər səslənib ki, “taksi xidməti sektoru nə böyük problemdir ki, dövlət onu tənzimləyə bilməsin”.

Dövlət də artıq bu məsələyə müdaxilə elədi, qanunları təkmilləşdirdi. Taksi operatorlarının yaratdığı xaosun qarşısını almaq üçün adddımlar atdı. Bakıda heç vaxt bu qədər taksi olmayıb. 

Sadəcə operatorlar elə bir sistem yaratdılar ki, dövlət özü də qısa müddətdə belə xaosun yaranmasına təəccübləndi. Pandemiya dövrü və ondan sonrakı müddətdə müharibədən də istifadə edib, xaos yaratdılar. Bu gün də onun çətinlikləri ilə üz-üzəyik”.

Ekspertin sözlərinə görə, sağlamlıq imkanları normal vəziyyətdə olmayan, narkoman, spirtli içki aludəçisi, qadınlara qarşı əxlaqsız hərəkət edən, yolları, küçələri tanımayan, iş saatı bəlli olmayan nə qədər sürücülər var:

“Onlar bəzən bunu başqa istiqamətə yönəldib mənəvi bir məsələyə toxunulurmuş kimi davranmağa çalışırlar. Ancaq burada mənəvi məsələlərdən əlavə həm də insanların həyat və sağlamlığı, təhülkəsizliyi məsələsi öndədir.

Kimsə deyirsə ki, “mənim dolanışığım var”, digər tərəf isə “mənim ailəm, övladlarım var, nə qədər qorxa-qorxa taksiyə minə bilərəm, niyə qorxu içində hərəkət etməliyəm, taksiyə minməyim ki, görən başıma nə iş gələcək”deyir. 

Niyə insanlar bu qorxunu yaşamalıdırlar? Ona görə taksinin sayının azalması təbii bir prosesdir. Çünki tələblərə cavab vermirsə, dövlət onu məcburən gətirib taksi sürücüsü kimi çalışdıracaq deyil. O insan normalara uyğun deyil. Əgər normalara, qaydalara uyğundursa, çalışsınlar. 

Sürücülər ona görə avtomobillərini satışa çıxarırlar ki, avtomobili köhnədir, bir neçə il öncənin istehsalıdır, taksi kimi yararsızdır. Yaxud da bilirlər ki, sağlamlıqla bağlı problemlə üzləşəcəklər. 

Gedib arayış alanda məlum olacaq ki, bu insan narkomandır, psixiatriya qeydiyyatı var. Bu cür problemləri əvvəlcədən görürlər, ona görə də maşınlarını əvvəlcədən satmağa çalışırlar”.

cebhe.info

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq