AZ

Üç ölkə həyəcan təbili çalır: Rusiya GPS siqnallarını pozur!

Üç

Estoniya, Litva və Latviyanın xarici işlər nazirləri Rusiyanı GPS sistemini sıxışdırmaqda ittiham ediblər.

Reyting.az
xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

Bildirilir ki, Rusiyanın bu hərəkəti Baltik dənizi regionunda aviasiyaya müdaxiləyə səbəb olur.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis deyib ki, Rusiya sərhədinə yaxın Baltik regionunda vəziyyət diqqətdən kənarda qalmayacaq qədər qeyri-sabitdir.

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib ki, GPS ilə baş verənləri Rusiyanın düşmən hərəkətlərinin bir hissəsi sayırlar və bunu müttəfiqlərlə mütləq müzakirə edəcəklər. Nazir bunun “hibrid hücumlar” olduğuna inandığını söyləyib.

“Financial Times” qeyd edir ki, Rusiya Kalininqrada pilotsuz təyyarələrin hücumlarının qarşısını almaq üçün GPS siqnallarını tıxayır.

Xatırladaq ki, 2024-cü ilin mart ayında Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps və bir qrup jurnalisti daşıyan RAF model təyyarə Polşadan qayıdarkən və Kalininqrad yaxınlığında uçarkən siqnal itib.

2025-cü ilin aprelində “Sun” qəzeti minlərlə Britaniya reysinin GPS sistemləri ilə tıxandığını bildirmişdi. Bunun Rusiya tərəfindən təşkil olunduğu güman edilir.

“Ryanair” Baltik regionu ölkələrinin hava məkanına 2300-dən çox, “Wizz Air” təxminən 1400, “British Airways” 82 və “EasyJet” dörd uçuşunda müdaxilə etdiyini bildirib.

Aprelin 25-i və 26-da Helsinkidən Estoniyanın Tartu şəhərinə uçan iki Finnair təyyarəsi GPS-nin müdaxiləsi səbəbindən uçuş hava limanına qayıtmaq məcburiyyətində qalıb.

V. QULİYEV
Seçilən
37
Mənbələr
Şərh ()
Bağla