AZ

Manukyan: “Üzr istəyirəm, biz qoyunuq, əsirik, yoxsa quluq?”

“Allah xatirinə iqtidar türkdən, rusdan, başqasından qorxursa, əllərini yuxarı qaldırsın, təslim olsun, işi millət fədailərinin öhdəsinə buraxsın. Niyə bu dinc xalqı qırırlar, niyə insanlardan Allahın verdiyi torpaqları alırlar?”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Sasun” milli mahnı-rəqs ansamblının bədii rəhbəriAndranik Sarkavaq Manukyan bildirib.

“Bu gün insanlar vətən uğrunda döyüşür, onlara deyirlər ki, siyasətlə məşğul olmayın. Başa düşmürəm, biz hansı siyasətdən danışırıq? Vətəndaşı səsini çıxarmağa qoymursan. Axı bu nə siyasətdir? Xalqın əmin-amanlığını təmin edə bilmirlər, amma böyük siyasərdən, diplomatiyadan dəm vururlar. Söz verdilər ki, bizim təhlükəsizliyimizi təmin edəcəklər. Amma, görünür, edə bilmirlər. Bəs onda günahkar kimdir? Təhlükəsizliyimizə qarant verən yoxdursa, niyə danışmayaq? Üzr istəyirəm, biz qoyunuq, əsirik, yoxsa quluq?

İstənilən adamı tuturlar, onun barəsində iş qaldırırlar. Əgər bu adamlar ölkəni idarə edə bilmirlərsə, fədailər kimi istefa versinlər. Hamı ayağa qalxıb deməlidir: ya ölüm, ya da azadlıq”, – deyə Andranik Manukyan sözlərini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla