AZ

Dəhşətli yol qəzası:“Volkswagen"lə “Toyota" toqquşdu, 5 nəfər öldü - FOTO

Rusiyanın Krasnodar diyarında iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Armavir-Kurqan avtomagistralında qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Volkswagen Tiguan” markalı minik avtomobili yolun əks istiqamətinə çıxaraq qarşıdan gələn “Toyota Hiace” ilə toqquşub. Zərbənin şiddətindən hər iki avtomobil deformasiyaya uğrayıb.

Nəticədə “Volkswagen” və “Toyota”nın sürücüləri və sərnişinləri aldıqları ağır xəsarətlərdən hadisə yerindəcə ölüblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

Вimage

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla