AZ

“Torino”nun Qattuzo planı

İtaliyalı mütəxəssis Cennaro Qattuzo növbəti mövsümdə A Seriyasında işləyə bilər.

İdman.biz xəbər verir ki, “Torino” onun xidmətində maraqlıdır.

Qattuzonun son işi yeri “Marsel” olub. İtaliyalı mütəxəssis uğursuz nəticələrdən sonra komandanı tərk edib. O, “Torino”da İvan Yuriçi əvəz edə bilər. Turin klubu xorvatiyalı mütəxəssisin işindən narazı qaldığı üçün yayda yerli məşqçiyə üstünlük vermək niyyətindədir.

Qeyd edək ki, “Torino” 34 turdan sonra 46 xalla 10-cu pillədə qərarlaşıb.

İdman.biz

Seçilən
98
2
Mənbələr
Şərh ()
Bağla