AZ

Vulkanla toqquşan təyyarənin son VİDEOSU

1979-cu ildə Antarktida üzərində səmada bir təyyarə ilə dəhşətli faciə baş verib.

News24.az lent.az-a istinadla bildirir ki, Oklenddən yola düşən Air New Zealand ekskursiya reysi vulkan püskürən dağla toqquşub.

Bu yaxınlarda internetdə 901 saylı bu reysin foto və videoları yayılıb.

Şəkillər və videolar Yeni Zelandiyanın ən böyük hava qəzalarından birinə çevrilən bu faciəli səfərin sərnişinlərinin həyatının son anlarını əks etdirir. Təyyarənin adanın Erebus vulkanı ilə ilk toqquşmasından sonra ekipaj üzvləri də daxil olmaqla, göyərtəsində olan 257 nəfərin hamısı sözün həqiqi mənasında bir neçə saniyə ərzində həlak olub.

Təyyarənin salonunda çəkilən şəkillər Antarktidanın donmuş yollarını və dalğalı permafrostu lentə alan maraqlı sərnişinləri göstərir. Məhz sərnişinlərin bu gözəlliklərdən zövq alması üçün kapitan pilot Cim Kollinz buludların arasından uçmağa və təyyarəni təxminən 2000 fut və ya 600 metrdən bir qədər aşağı salmağa qərar verib.

Lakin qəzaya cəmi 6 saniyə qalmış təyyarədə xəbərdarlıq siqnalı səslənib. Mütəxəssislər pilotun əvvəlki uğurlu uçuşlarda olduğu kimi eyni trayektoriya ilə hərəkət etdiyini, lakin nəsə səhv getdiyini irəli sürüblər. Təyyarə düz vulkana doğru gedib və xilasetmə şansı olmayıb.


Seçilən
42
Mənbələr
Şərh ()
Bağla