AZ

“Liverpul”un yeni baş məşqçisi kim olacaq?

Artıq “Liverpul”un yeni baş məşqçisinin kimliyi məlumdu.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu tezliklə Arne Slotun təyinatını rəsmən açıqlayacaq. “Daily Mail” qəzetinin məlumatına görə, “Liverpul” 45 yaşlı mütəxəssisin hazırkı klubu “Feyenoord” ilə müqaviləni vaxtından əvvəl ləğv etməsi üçün təxminən 13 milyon funt sterlinq ödəyəcək. Bilindiyi kimi, Yürgen Klopp yanvar ayında “Liverpul”un baş məşqçi postundan cari mövsümün sonunda ayrılacağını açıqlamışdı.
Ona xələf olacaq Slot 2021-ci ildən “Feyenoord”un baş məşqçisidi. Onun komandası Niderland çempionatında 30 turdan sonra lider PSV-dən 12 xal geri qalmaqla 2-ci yeri tutur.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla