AZ

Paşinyan erməniləri məyus etdi: “Sərhəd Xeyrimlinin mərkəzindən keçəcək”

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Qazaxın Xeyrimli kəndində yaşayan erməni sakinlərlə görüşüb.

Bizim.Media xəbər verir ki, 2,5 saat davam edən görüşdə sakinlər istəklərinə nail ola bilməyiblər.

Belə ki, Xeyrimli də daxil olmaqla, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına və sərhədlərin delimitasiyasına etiraz edən sakinləri Paşinyan məyus edib.
Müxalifətçi deputat Geham Nazaryan görüş barədə jurnalistlərə açıqlamasında bildirib ki, sərhəd Xeyrimlinin mərkəzindən keçəcək:

“Paşinyan bildirib ki, sərhəd Kirants (Xeyrimli) kəndindən keçə bilər. Yerli sakinlərin bütün ağlabatan təklifləri rədd edildi. Xalq ən pis gününə hazırlaşır”.

Bizim.Media

Seçilən
97
5
Mənbələr
Şərh ()
Bağla