AZ

"İstərdim ki, bütün komandalara yanaşma eyni olsun"

Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində keçirilən "Zirə" - "Araz-Naxçıvan" oyunundan sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

- İlk qələbəni qazandıq. Amma daha çox komandanın meydançadakı əzmkarlığı məni sevindirir. Düşünürəm ki, bərabər səviyyədə oyun oldu. Komandamı təbrik edirəm. Qarşıdakı 4 oyuna da eyni ruhla hazırlaşacağıq.

- Oyuna müdafiəmeyilli başlamağınız rəqib baş məşqçini təəccübləndirdi...
- Oyun seçimi mənimdir. Bəzən komadanı da nəzərə alırıq. Elə olur ki, rəqibi də nəzərə alıb, onlara uyğun oyun planı seçirik. Planımız tez hücumlara qoşulmaq idi.

- Rəşad Sadıqovla duelleriniz maraqlı olur. Deyəsən, "Zirə"ni daha yaxşı incələyirsiz?
- Prinsipim Rəşad Sadıqovla deyil. Bu gün "Zirə" ilə "Araz-Naxçıvan" oynayırdı. Sadəcə hər ikimiz dinamik futbola üstünlük veririk. Əzmkarlıq öndə olur. Heç bir prinsip yoxdur. Biz də ilk qələbəmizi qazanmaq istəyirdik.

-  Premyer Liqada qalmağı bacardınız, sabiq komandanız "Qəbələ" isə liqadan düşdü. Kaxaber Sxadadze dedi ki, imicimi qurban verdim bura gəlməklə. "Qəbələ"nin düşməsində sizin nə qədər payınız var?
- Bunu payla ayırmazdım. Mən də o komanda ilə yaxşı uğurlar qazandım. Məşqçi kimi orda formalaşdım. Mənim də payım var, səbəblər çoxdur. Burada danışsam, uzanacaq. Özümü Kaxa ilə müqayisə etmək istəmirəm. Amma mənə görə o klubun Azərbaycan futboluna böyük töhfələr olub. İstəmərəm "Qəbələ" Premyer Liqanı tərk etsin.

-  Hakim qərarları haqda nə düşünürsüz?
- Düşünürəm kİ, hakimlər oyunu normal idarə etdi.  Mənim fikrim başqadır, oyunu idarə edən hakimdir. O da öz işinin peşəkarıdır, qərarına hörmətlə yanaşmaq lazımdır.

- Rəşad Sadıqov indiki Hakimlər Komitəsini günahlandırdı, bəzi klubların hakimlərlə münasibətinin yaxşı olduğunu iddia etdi. Hakimlər bəzi klublara simpatiya göstərir?
- Səhv və qərəzli qərarlar fərqli şeylərdir. "Qəbələ"də də, burada da hakimlərin simpatiyasını görmədim. İstərdim ki, bütün komandalara yanaşma eyni olsun. Düşünürəm ki, hamıya eyni gözlə baxılsa, yaxşı olar.

Məlik Məlikov
Seçilən
54
Mənbələr
Şərh ()
Bağla