AZ

Paşinyan Azərbaycana GƏLƏCƏK? Tarix və səbəb BƏLLİ OLDU

Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib.

2022-ci il oktyabrın 6-da Praqada “Avropa Siyasi Birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilmiş dördtərəfli görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi.

Daha sonra aprelin 19-da Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edildi. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub. Azərbaycanla Ermənistan sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesinə artıq başlayıb.

Belə ki, son proseslər artıq Ermənistanın isti münasibət bəslədiyini büruzə verir. Təbii ki, Azərbaycanın qazandığı bu qələbələrdə Ali Baş Komandanın əvəzsiz rolu var. Onun yeritdiyi düzgün və inamlı siyasət bu gün Azərbaycanın bu qələbələri qazanmasında misilsiz bir rol oynayıb. Lakin bu ərəfələrdə sülh müqaviləsinin də yaxın zamanlarda imzalanacağı düşnülür. Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu “Tərəflərin Konfransı” (COP29) noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.

Bəs, görəsən, iki ölkə arasında soyuq münasibətlərin daha da azalması üçün Ermənistanın baş naziri Nikol Paşinyan COP-29 ərəfəsindı Bakıya dəvət ala bilər?

Məsələ ilə bağlı danışan siyasi şərhçi Asif Nərimanlı Referans.az-a bildirib ki, 4 kəndin qaytarılmasında və prezidentin son verdiyi mesajlarda məlum olur ki, bəzi gözləntilər var:

“Paşinyanın Bakıya gəlməsi üçün sülh müqaviləsi ilə bağlı ciddi irəliləyişlər əldə olunmalıdır. Ümumi Azərbaycan və Ermənistan arasında hazırda  iki məsələdə fikir ayrılığı var. Biri sərhədlərin delimitasiyasının hansı istiqamətlərdə aparılmasıdır. Təbii ki, Qazx-Tavuş istiqamətində Alma-Ata bəyannaməsinə istinadən bildirilsə də, bu bəyannaməyə görə, bütün sərhədboyu ərazilərin delimitasiya olunması bizim maraqlarımıza uyğun deyil. Azərbaycan sərhədlərin digər hissələrinin delimitasiyasında prinsipləri dəyişdirəcək. Yəni Alma-Atı bəyannaməsi prinsiplərdən çıxarıla bilər”.

Ekspert bildirib ki, digər bir müəmmalı məsələ isə kommunikasiyaların açılmasıdır. Onun sözlərinə görə, sülh sazişi ilə bağlı müəyyən irəliləyiş olsa belə, bu dövrə qədər kommunikasiyaların açılması barəsində fikir ayrılığını həll etmək yenə də çətin görünür: “Çünki Azərbaycan Zəngəzuru dəhliz formasında istəyir, lakin Ermənistan bunu vermir. Azərbaycanda da haklı olaraq Naxçıvana maneəsiz şəkildə avtomobillə getmək prinsipini tətbiq etmək istəyir. Azərbaycanla Ermənistan arasında noyabr ayına qədər yekun sülh sazişi imzalanmasa belə, ola bilsin, bununla bağlı ilkin bir razılaşma əldə olunsun”.

İlkin niyyət protokolu imzalansa belə, Bakının əsas tələblərindən biri Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Çünki onların konstitusiyasında Azərbaycanla bağlı ərazi iddiaları var və orada Qarabağın Ermənistana birləşdirilməsi nəzərdə tutulub. COP-29-a qədər niyyət protokolu imzanmazsa, Nikol Paşinyanın Azərbaycana gəlməsi real görünmür. Son razılaşmalardan da görünür ki, iki dövlət arasında qarşılıqlı nəticələr əldə olunur. Azərbaycan ən effektiv üsul kimi ikitərəfli formatda görüşləri hər zaman üstün tutub. Proses bu yöndə davam edərsə, dəqiq gələcək deyə bilmərik, amma ehtimal etmək olar – deyə Asif Nərimanlı əlavə edib.

Seçilən
76
50
Mənbələr
Şərh ()
Bağla