AZ

Blinken Səudiyyə Ərəbistanına səfər edib

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanına səfər edib.

525.az xəbər verir ki, bu barədə “Reuters” yazır.

ABŞ Dövlət Departamentinin aydınlaşdırdığı kimi, Blinken Qəzzaya çatdırılan humanitar yardımın həcminin son zamanlar artımını müzakirə etməyi planlaşdırır.

Bildirilir ki, diplomat həmçinin ABŞ-nin İsrailin müstəqilliyinə zəmanət verən ayrıca müstəqil Fələstin dövlətinin yaradılmasına sadiqliyini bir daha təsdiqləmək niyyətindədir.

Qeyd edək ki, bundan əlavə, ABŞ dövlət katibi Körfəz Əməkdaşlıq Şurasında, eləcə də Dünya İqtisadi Forumunun xüsusi sessiyasında iştirak edəcək.

Havar Şəfiyeva  






















Bizi İnstagramda izləyin

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq