AZ

Azərbaycan və Türkiyənin hesablama palataları İqdır-Naxçıvan qaz kəməri layihəsinin auditi barədə razılığa gəlib

Ankara, 29 aprel, AZƏRTAC

Azərbaycan və Türkiyənin Hesablama Palataları İqdır-Naxçıvan qaz kəmərinin tikintisi layihəsinin paralel auditi barədə razılığa gəlib.

AZƏRTAC xəbər verir ki, müvafiq protokol aprelin 29-da Türkiyənin İqdır vilayətinin Aralıq rayonundakı “BOTAŞ” neft-qaz şirkətinin stansiyasında iki ölkənin hesablama palatalarının rəhbərləri tərəfindən imzalanıb.

Sənədi Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Türkiyə Hesablama Palatasının rəhbəri Metin Yener imzalayıblar.

Sənədin imzalanması mərasimində “BOTAŞ”ın baş direktoru Əbdülvahid Fidan da iştirak edib.

“Bu təşəbbüs qardaş ölkələrin əməkdaşlığında yeni səhifə açacaq. Qaz kəməri layihəsinin auditi zamanı ən müasir nəzarət metodlarından və ən son texnologiyalardan istifadə olunacaq”, - M.Yener jurnalistlərə bildiri

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
72
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq