AZ

Zelenski NATO-nu buna görə ittiham etdi

Vladimir Zelenski NATO-nu razılaşmalara əməl etməməkdə ittiham edib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, o, bu barədə Kiyevdə Alyansın baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün üç vacib bənddən ikisini yerinə yetirməyib.

“Birinci məqam maliyyədir ki, bu, ikitərəfli səviyyədə həm tərəfdaşlar, həm də ABŞ tərəfindən müsbət səsləndi. İkinci məqam silahların vaxtında çatdırılması, üçüncüsü isə Ukraynaya nəyin çatacağıdır”, - deyə siyasətçi vurğulayıb.

Zelenski qeyd edib ki, Şimali Atlantika Alyansı göstərilən şərtlərdən yalnız birincisini yerinə yetirib.

Yusif EYVAZLI

Seçilən
70
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq