AZ

"Ukrayna NATO-ya üzv olmaq üçün "dönməz yoldadır"" - Stoltenberq

Ukrayna NATO-ya daxil olmaq üçün “dönməz yoldadır”.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq Kiyevə elan olunmamış səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib. 

“Bizim konsensusa ehtiyacımız var, bütün 32 NATO üzvünün razılığa gəlməsi lazımdır, mən düşünmürəm ki, iyulda keçiriləcək sammitə qədər bu razılaşma olacaq, amma biz Ukraynanı NATO-ya yaxınlaşdırdığımızı nümayiş etdirəcəyik”, - deyə Stoltenberq qeyd edib. 

Baş katib vurğulayıb ki, Ukrayna NATO-ya üzv olacaq və bu, yalnız zaman məsələsidir.

"İnanın, biz bunun üzərində çox işləyirik. Ukraynanın yeri NATO-dadır", - deyə o əlavə edib.

Seçilən
12
33
Mənbələr
Şərh ()
Bağla