AZ

Keçmiş “İnter”lilər sabiq məşqçisi haqda nələri dedi?

Bilindiyi kimi, “Qəbələ” kubokun finalına vəsiqə qazana bilmədi.

Beləcə avrokuboklarda ən çox iştirak edən klublardan biri ən azı buy ay həyəcandan uzaq qalmalı olacaq. Çünki “qırmızı-qaralar”ın çempionatda da taleyi indidən bəllidi. Yeganə çarə AFFA-nın elitada komanda sayını artırmasıdı ki, bu da hələ dəqiqləşməyib. Mövsümün ortasında eniş yaşayan “qırmızı-qaralar”ın  bu vəziyyətə düşməsinə görə tənqid hədəfilərindən biri də baş məşqçi Kaxaber Sxadadzedi. Gürcü mütəxəssisin onsuz da çətin vəziyyətdə qəbul etdiyi komanda daha pis hala düşdü. Təcrübəli mütəxəssis iki ayda bir dəfə də qələbə sevinci yaşaya bilməyib. Ümumiyyətlə, o, indi əvvəlkindən fərqli görünür. Sanki əvvəlki emosiyaları aşıb-daşan, meydanın kənarından necə olur-olsun, oyuna müdaxilə etməyə çalışan, yeri gələndə futbolçuları asıb-kəsən həmin adam deyil.

Futbol ictimaiyyətinə yad sima olmayan Kaxaber Sxadadze  2009-15-ci illərdə “İnter”i çalışdırıb. Onun təcrübəsindən faydalanan, bu gün Azərbaycanda yetərincə şöhrət qazanmış futbolçular sayı az deyil. Belələrindən biri də Mahir Şükürovdu. O, gürcü mütəxəssisin fərqli dönəmlərini müqayisə etdi:
“Bəli, “İnter”də Kaxaber müəllim olduğu müddətdə mən də onunla çalışmışam. Amma o vaxt büdcə böyük, futbolçular da keyfiyyətli idi. Heyətdəkilərin, demək olar ki, hər biri yüksək məbləğdə maaş alırdı. "Qəbələ"nin büdcəsi isə zəifdi. Həm də Kaxaberin əlində material yoxdu. Ona görə də çətinlik çəkir. "İnter"in vaxtında istədiyi legioneri gətirə bilirdi, ona görə nəticə də yaxşı idi. Ümumiyyətlə Kaxaber yaxşı məşqçidi, ona pis demək olmaz. Bizim vaxtımızda komandada hər şey qaydasında olduğundan, taktiki biliyini də sərf edərək nəticə qazana bilirdi. Futbolçuyla münasibət qurmağı da bacaran məşqçidi. Amma Kaxaber “Qəbələ”yə gələndə mən bildim ki uğursuz olacaq. Məşqçi yüksək səviyyəli futbolçularla işləsə, onu günahlandırmaq, ondan nəsə tələb etmək olar. Bugünkü “Qəbələ”də taktiki cəhətdən nə qədər işləsə də, komandaya xeyri olmayacaq. Çünki bunun üçün əlinin altında yaxşı futbolçular yoxdu. Sadaladığım şərtlər yoxdusa, nəticə verə bilməz. Xülasə, inanmıram ki, Kaxaber orda nəsə edə bilər”.


Vaxtilə Sxadadzenin rəhbərliyi altında oynamış futbolçulardan olan Ruslan Əmircanov onun Azərbaycanda fəaliyyətə başladığı dönəmi yada saldı:
“Kaxaber Sxadadze baş məşqçi kimi 6 il “İnter”i çalışdırdı. İşlədiyi vaxtlar da bütün qərarlar, transferlər, hər ixtiyar baş məşqçinin əlində idi. Razı qalmadığı oyunçunu göndərə və yerinə istədiyi futbolçuları gətirə bilirdi. Səviyyəli oyunçular da gəlirdi. Ona görə "İnter” elə-belə komanda deyildi, həmişə çempionluğa oynayırdı. Baş məşqçinin öz qərarları,  psixologiyası, futbol fəlsəfəsi varsa, Sxadadzedə saydıqlarım yüksək səviyyədədi. Mən "Neftçi"dən "İnter"ə gələndə tam başqa futbol oynamağa başladım. Hətta ona qədər bu mütəxəssislə 2008-ci ildən, "Standart" klubundan tanış idim. İlk zamanlar görəndə dedim ki, belə futbol oynatmaq olar?! Futbolun sirlərini o məşqçinin hesabına öyrənib, onun vasitəsilə milli komandaya qədər getdim. Üstümdə əməyi böyük olub, buna görə həmişə təşəkkür edəcəm. Cavan idim, gördü ki, potensialım var, dəstək oldu. Ortalığa Ruslan Əmircanovu çıxardı. Mən "Neftçi"yə gedib, "İnter"ə qayıdanda yenidən 2 il Kaxaber müəllimin yanında oynadım. Onun işinə yanaşmasına, komandasını sevməyinə heç bir şübhəm yoxdu”.


Ruslan bəy baş məşqçinin “qırmızı-qaralar”ı bu vəziyyətdən çıxarması üçün zamana ehtiyac olduğunu düşünür:
“Bizim vaxtımızdaki şərait “Qəbələ”nin düşdüyü vəziyyətdən tam fərqli idi. Bir var baş məşqçi komandanı sıfırdan qura, yəni istədiyi futbolçuları gətirə, hə, onda məsuliyyət onun boynuna düşər. Mövsümün sonunda rəhbərliyin qoyduğu tələbləri yerinə yetirə bilmədikdə də günahı onda görəsən. Amma o gələndə "Qəbələ" hazır yığılmış komanda idi. Ötən mövsümün sonu, elə bu ilin əvvəlindən oyunçuların çoxu komandadan getdi. Yenilər özünü doğrultmayanda da komandanın səviyyəsi aşağı düşməyə başladı. Futbolçunun səviyyəsi odusa, 3-5 tur nəsə öyrətməklə baş məşqçi nəticə əldə edə bilməz. Məsələn, əlində material olmayan usta evi necə tiksin?! Eynilə də Kaxaber müəllim böyük yük altına girib. Onun nəticələrinə, futbol biliyinə heç kimin şübhəsi yoxdu.  "Qəbələ"də oynadığım üçün rəhbərliyi yaxşı tanıyıram. Həmişə qarşısına yüksək vəzifələr, avrokuboklara oynamaq, çempionluq qoyulub. Rəhbərlik  futbolu bilən adamdı. Nəsə biliblər ki, o mütəxəssisi komandaya gətiriblər. Mövsüm bitənədək lazımi futbolçuları seçəcək, güman ki, faydasız olanları da göndərəcək. Növbəti mövsüm tam başqa "Qəbələ" gorəcəksiz. Özü də müsahibələrində dediyi kimi, indi əlində olanlarla nəsə edə bilmir. Bəlkə də futbolçu onun dediklərini indi icra edə bilmir, amma 3 tur sonra tam başqa nəticə göstərəcək. Bu dəqiqə Kaxaber olmasın, dünya şöhrətli Joze Mourinyonu o posta qoy, ona da çətin olar. Vəziyyət belədisə, məşqçidən nəsə tələb etmək, yaxud gunahi onun üstünə atmaq düzgün olmaz” .


Əmircanov vaxtilə komanda yoldaşı olan Elmar  Baxşıyevlə sabiq məşqçisinin işini də müqayisə etdi:
“Kaxaber müəllim gələndən qələbə qazanmadığı üçün tənqid olunur. Lakin zəif nəticələr ruh düşkünlüyünə səbəb olur. Elə bil uzun zamandı komanda mağaranın dibinə düşüb. Elə özümü də götürüm. "Qəbələ"də oynayıram, vəziyyət belədisə, hansı nəticəni göstərə bilərəm?! Futbolçuya da məşqçini tanıması üçün vaxt lazımdı. Ola bilməz ki, baş məşqçi gəldi, gələn kimi də yaxşı futbol oynatsın. Müəyyən zaman lazımdı. Rəhbərlik güvənib gətiribsə, ona o vaxtı verəcək. Kaxaber də sonda həmin nəticəni qazanacaq. Əminliklə deyə bilərəm ki, növbəti mövsüm öz heyətini qura bilsə, "Qəbələ" tam başqa futbol oynayacaq. Əldə etdiyi nəticələr də fərqli olacaq. Bunları Elmar Baxşıyevi pisləmək üçün demirəm. Ötən mövsüm heyətdə yaxşı futbolçular vardı, onun tapşırıqlarını peşəkarcasına yerinə yetirə bilirdilər. Güclü gedir, yerinə zəif gətirilirsə, yaşananları gözə almaq lazım idi. Hər məşqçinin şəxsiyyəti, futbolçusuna davranışı fərqli ola bilər. Elmarla "Neftçi"də bir yerdə oynamışam. Yəni o sakit təbiətli biri olsa da, əsəbləşəndə çox aqressiv ola bilir. Hətta əsəbi olanda Elmarın qarşısına heç kim çıxa bilməzdi. Amma səbr və təmkinlə məşqçilik edirdi. Mən özüm, məsələn, səhv olanda qışqıra, özümdən çıxa bilirəm. Kaxaber müəllim də elə insandı, yəni bir növ Simone İnzaqe kimidi. İstənilən epizoda qışqıra, kənardan müdaxilə edə bilir. Futbolçusuna qışqırırsa, deməli, onun tapşırığı oyun vaxtı düzgün yerinə yetirmir. Bilir ki, oyunçunun daha yaxşısını edə biləcək potensialı var. Yoxsa “sən niyə belə oynayırsan”, “niyə səhv ötürmə verdin”, “komandanı bu vəziyyətə sən qoydun” deyib pisləyə bilməz. Sadəcə, kənardan çox çılğın, daha aqressiv görünə bilər. Amma acı söz deyibsə, oyun bitəndən sonra həmin futbolçunu qucaqlayacaq. O, belə insandı. Elmar kənardan sakit görünsə də, paltardəyişmə otağına gedib hansısa futbolçunu danlaya bilər. Ümumiyyətlə, nə köhnə, nə də yeni məşqçini pisləmək olar. İstənilən klubda keyfiyyətli futbolçu yoxdusa, məşqçi istədiyi kimi deyilsə, nəticə qazana bilməzsən. Amma komandasını yuxarı yerlər üçün oynadan baş məşqçiyə həm bacarıqlı, həm də çox futbolçu lazımdı. Ən azı meydanda 5 sanballı oyunçu olmalıdı ki, komandanın yükünü götürsün. Olmasa, nəticə gözləməyə dəyməz. Çempionatda bütün komandalar arasında gərgin rəqabət gedir, çünki hamısı güclənib. Güclülər də zəifləri tez sıradan çıxara bilir”.


RÖYANƏ OĞUZ 
Seçilən
60
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26955
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26470
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18146
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
17564
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14450
Sabah 20 dərəcə isti olacaq
9747
May ayında Azərbaycana qar yağdı - VİDEO
8847
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8756
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8620
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8498
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7318
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7159
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6964
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6935
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6617
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6504
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6458
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6059
Azərbaycan nefti ucuzlaşıb
6039
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5877