AZ

Qorxunc QƏZA: 3 yeniyetmə öldü - Cinayət işi açıldı

Tatarıstanda Menzelinski rayonunda 3 yeniyetmənin bir anda öldüyü qəzadan sonra cinayət işi açılıb.
32gun.az Rusiya KİV-nə istinadən bildirir ki, faciə bir gün əvvəl, aprelin 28-də saat 20.30 radələrində Verxniy və Podgornıy Takermen kəndləri arasında baş verib. Yol polisindən verilən məlumata görə, “Toyota” markalı avtomobili idarə edən 36 yaşlı qadın yolun kənarında gedən bir qrup yeniyetməni vurub.

Toqquşma nəticəsində 12, 13 və 17 yaşlı üç oğlan xəsarət alıb. Təcili yardım gələnə qədər ölüblər. Əməliyyat məlumatlarına görə, xarici avtomobilin sürücüsü idarəetməni itirib.

Hadisənin baş vermə şəraiti iki və ya daha çox şəxsin ehtiyatsızlıqdan ölümü ilə nəticələnən cinayət işi çərçivəsində aydınlaşdırılacaq.

İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin istintaqı nəzarətə götürüb.

Ayxan 

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla