AZ

BVF: Son illərdə dünyada ticarət məhdudiyyətləri dörd dəfə artıb

Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva bildirib ki, son illərdə beynəlxalq ticarətə qoyulan məhdudiyyətlərin sayı dörd dəfə artıb və bu, qlobal iqtisadiyyata dağıdıcı təsir göstərib. 

Valyuta.az xəbər verir ki, bu barədə Georgiyeva Ər-Riyadda Dünya İqtisadi Forumunun xüsusi sessiyasında deyib.

BVF rəhbərinin sözlərinə görə, son illərdə ticarət məhdudiyyətlərində 4 dəfə artım müşahidə olunub. Onlardan 2,5 mini qəbul olunub. Georgieva hesab edir ki, onların 70%-i dağıdıcıdır, ticarətə son dərəcə mənfi təsir göstərir.

BVF rəhbəri hökumətlərin öz iqtisadiyyatlarını karbonsizləşdirmək və enerji keçidini təmin etmək üçün tətbiq etdiyi ticarət məhdudiyyətlərinin müdrikliyinə şübhə etdiyini bildirib.

Georgieva daha əvvəl xəbərdarlıq etmişdi ki, qlobal iqtisadi artım 2020-ci illərin sonuna qədər pandemiyadan əvvəlki səviyyələrlə müqayisədə bir faiz bəndindən çox azalacaq, beynəlxalq iqtisadiyyat isə “sərin 20-ci illər”ə sürüşmək riski altındadır.

Nicat

Seçilən
68
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq