AZ

Şeron Stouna qarşı 35 min dollarlıq təzminat davası

Şeron Stoun 2023-cü ildə baş vermiş qəzada vurduğu ziyana görə məhkəməyə verilir.

 

Sfera.az bildirir ki, 66 yaşlı aktrisa avtomobili yüksək sürətlə idarə etməkdə, onun başqa avtomobilə çırpılması və qadının xəsarət alması ilə nəticələnən təhlükəli manevrlər etməkdə ittiham olunur. Bununla əlaqədar, zərərçəkmiş Amanda Godepski Los-Anceles Ali Məhkəməsində əmlaka və sağlamlığa dəymiş ziyana görə iddia qaldırıb. O, zərərin 35.000 dolları keçdiyini iddia edir və bu məbləğdə zərərin ödənilməsini istəyir.

 

Aktrisa avtomobili yüksək sürətlə idarə etməkdə və təhlükəli manevr etməkdə ittiham olunur. Məhkəmə sənədlərinə görə, qəza 2023-cü il iyunun 30-da Los-Ancelesdə baş verib. Aktrisa Kaliforniyanın avtomobil haqqında 3 qanununu, o cümlədən təhlükəli dönmə və zolaqları dəyişmək qaydalarını pozub. İddiaçı həmçinin Hollivud ulduzunun törətdiyi iddia edilən qəzaya görə külli miqdarda tibbi xərclər çəkdiyini və həmçinin emosional iztirablar yaşadığını bildirib.


Məhkəmə sənədləri də, Stounun hərəkətləri yol şəraiti üçün çox sürətlə sürmək, təhlükəli dönmə etmək və zolaqları təhlükəli şəkildə dəyişmək də daxil olmaqla ən azı üç Kaliforniya avtomobil kodunu pozduğunu iddia edir.

 

Qeyd edək ki, bu, Şeron Stounun ilk məhkəməyə verilməsi halı deyil. 2012-ci ildə aktrisa əmək qanunlarını pozduğuna və etnik mənsubiyyət haqqında aşağılayıcı fikirlər səsləndirdiyinə görə keçmiş dayəsi tərəfindən məhkəməyə verilmişdi.

 

Aysel

Sfera.az

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla