AZ

Çindən ABŞ-a Tayvan xəbərdarlığı: Biz tədbir görəcəyik

Çin Xarici İşlər Nazirliyi ABŞ prezidenti Co Baydenin Tayvana hərbi yardımı ehtiva edən qanun layihəsini imzalaması ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, Pekinin hərbi yardım paketini qəti şəkildə rədd etdiyi bildirilib.

Açıqlamada, “Bu hərəkət Çin-ABŞ əməkdaşlığına ciddi maneələr yaradır. Pekin ABŞ-a xəbərdarlıq edir ki, bu neqativ müddəaları Çinə qarşı tətbiq etməsin. Çin milli suverenliyini qorumaq üçün hərəkətə keçməli olacaq" bildirilib.

Qeyd edək ki, Çin sədri Si Cinpinin 5-10 may tarixləri arasında Fransa, Serbiya və Macarıstana səfər edəcəyi də açıqlanıb.

Nazirlik bəyan edib ki, səfərlər Çinin bu üç ölkə və Avropa İttifaqı ilə əlaqələri üçün son dərəcə əhəmiyyətlidir.

Nazirlik səfərlərin qlobal sülh və inkişafa yeni təkan verəcəyini bəyan edib.

“Çin Fransa ilə siyasi qarşılıqlı etimadın, həmrəyliyin və əməkdaşlığın daha da gücləndirilməsini səbirsizliklə gözlədiyini” bildirib.

Günel Məlikzadə


Seçilən
71
Mənbələr
Şərh ()
Bağla