AZ

“Rəşad Sadıqovla heç bir prinsip yoxdur” - Elmar Baxşıyev

“Araz-Naxçıvan”da baş məşqçi kimi ilk qələbəmdir. Daha çox komandamın meydançadakı intizamı məni sevindirir. Futbolçular bu gün əzmkarlıq göstərdilər. Bərabər səviyyəli oyun gördük. Qarşıdakı dörd matça hazırlaşacağıq”.

Yenisabah.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Araz-Naxçıvan”nın baş məşqçisi Elmar Baxşıyev deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının XXXII turundan sonra komandasının oyununu dəyərləndirib:

“Oyun seçimi mənim idi. Mən daha çox komandanın belə oynamasını istəyirəm. Rəqibi də nəzərə alırıq. Bunun əsasında plan tərtib olunur. Prinsipim Rəşad Sadıqovla deyil. Bu gün “Zirə” ilə “Araz-Naxçıvan” oynayırdı. Sadəcə hər ikimiz dinamik futbola üstünlük veririk. Əzmkarlıq öndə olur. Rəşad Sadıqovla Heç bir prinsip yoxdur. Biz də ilk qələbəmizi qazanmaq istəyirdik”.

Elmar Baxşıyev hakim idarəçiliyindən razı qaldığını bildirib: “Qərəz yox idi, emosiya idi. Hakim bu oyunu normal idarə etdi. Oyunun nəticəsinə təsir edən səhvlər etmədi. Mənim fikrim başqadır, oyunu idarə edən hakimdir. O da öz işinin peşəkarıdır, qərarına hörmətlə yanaşmaq lazımdır. Səhv və qərəzli qərarlar başqa nüanslardır. “Qəbələ”də olanda da bizə qarşı simpatiya görmədim, “Araz-Naxçıvan”dayam, burada da görmədim. İsti münasibətlərini görmədim. İstəyərəm ki, bütün komandalara yanaşma eyni olsun. Hakimlərin 10 komandanın heç birini seçmək ixtiyarı yoxdur, hamısı əziz olmalıdır. Hamıya eyni gözlə baxılsa, daha yaxşıdır”.

Qeyd edək ki, “Araz-Naxçıvan” doqquz oyundan sonra qələbə qazanıb. Baş məşqçi Elmar Baxşıyev Naxçıvan təmsilçisi ilə ilk üç xalı əldə edib.


Telegram kanalımız
Seçilən
106
9
Mənbələr
Şərh ()
Bağla