AZ

"Hər gün buna görə məktəbdən evə göndərilirdim"

Əməkdar artist Kəmalə Müzəffər "Dikdaban" verilişində qonaq olub.

Axşam.az xəbrə verir ki, aktrisa uşaqlıq illərindən dikdaban ayaqqabıya marağı olduğunu bildirib:

"Mənimlə məktəbdə oxuyanlar bilir. O vaxt ibtidai sinif 3-cü sinfə qədər idi. Üçüncü sinfi bitirən kimi gözüm ancaq dikdaban ayaqqabıda idi, geyinmək istəyirdim. Beşinci sinifdə oxuyanda anamı məcbur etdim, küsdüm, ağladım ki, mənə hündür tangetka alsın. Dedi ki, "Məktəbdə bunu geyinməyə qoymayacaqlar". Cavab verdim ki, qoysalar da, qoymasala da geyinəcəyəm. Anam bir sandal da aldı ki, məktəbdə qoymasalar bunu geyinərsən. Mən də onları çantamda özümlə aparırdım. Hər gün məktəbdə məni buna görə sıradan çıxarıb evə gönədrirdilər ki, ayaqqabılarımı dəyişim. Çantadan çıxarıb geyinirdim, amma evə gedəndə yenidən dəyişirdim".


BiG.Az
Seçilən
56
32
Mənbələr
Şərh ()
Bağla

Reytinq