AZ

Si Cinpin Avropa ölkələrinə səfər edəcək

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin mayın 5-dən 10-dək Serbiya, Fransa və Macarıstana səfər edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Diplomatik departamentdə qeyd olunduğu kimi, Serbiya Prezidenti Aleksandr Vuçiç, Fransa Prezidenti Emmanuel Makron, Macarıstan Prezidenti Tamaş Szuyok, eləcə də Macarıstanın Baş naziri Viktor Orban Çin liderini ölkəyə səfərə dəvət ediblər.

Seçilən
87
44
Mənbələr
Şərh ()
Bağla