AZ

Azərbaycanda çalışmış baş məşqçi istefaya göndərildi

"Pari NN"baş məşqçisi Sergey Yuranla yollar ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

54 yaşlı mütəxəssis komandanın uğursuz çıxışlarına görə vəzifəsindən göndərilib. Yuran 2023-cü ilin aprelindən komandaya rəhbərlik edirdi.

"Pari NN" 26 turdan sonra 28 xalla 16 komanda arasında 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Sergey Yuran 2011/2012 mövsümündə Azərbaycanda "Simurq"u çalışdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
Mənbələr
Şərh ()
Bağla